Vladimir Putin Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Vladimir Putin Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik etdi

Siyasət

25 Avqust 2022 20:23 1063


Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya doğum günü münasibətilə təbrik ünvanlayıb.

Yenisabah.az xəbər verir ki, təbrik mətnində deyilir:

“Hörmətli Mehriban Arif qızı. pizza

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Siz dövlətlərimiz arasında bu il müttəfiqliyin yeni səviyyəsinə çıxan münasibətlərin möhkəmlənməsinə böyük şəxsi töhfə verirsiniz. Əminəm ki, bir çox istiqamətlər üzrə ikitərəfli konstruktiv əlaqələr, xalqlarımızın dostluğu bundan sonra da möhkəmlənəcək.

Hörmətli Mehriban Arif qızı, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, rifah və uğurlar arzulayıram. Səmimi salamlarımı İlham Heydər oğluna və bütün ailənizə çatdırmağınızı xahiş edirəm.

Hörmətlə,

Vladimir Putin

Rusiya Federasiyasının Prezidenti”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!