“Facebook“ “Putinə ölüm” şüarına görə azərbaycanlı  istifadəçiləri cəzalandırmayacaq

saytların hazırlanması

Evə çatdırılma

“Facebook“ “Putinə ölüm” şüarına görə azərbaycanlı istifadəçiləri cəzalandırmayacaq

Rəqəmsal

11 Mart 2022 11:07 1535


“Facebook” və “Instagram” Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar bəzi ölkələr üçün nifrət açıqlaması qaydalarını dəyişir.

Yenisabah.az “Reuters”ə istinadla xəbər verir ki, müvafiq olaraq, şirkət müəyyən ölkələrdə buna müvəqqəti icazə verəcək. Məsələn, “rus işğalçılarına ölüm” demək artıq paylaşma qaydalarının pozulması olmayacaq.

Yenidən strukturlaşma adı altında "Meta" adını götürən sosial media nəhəngi rus mülki vətəndaşlara qarşı oxşar ifadələrə icazə verilməyəcəyini açıqlayıb. pizza sifarişi

“Vladimir Putinə ölüm” və ya “Lukaşenkoya ölüm” demək artıq pozuntu sayılmır.

Bu müvəqqəti qayda dəyişikliyi Ermənistan, Azərbaycan, Estoniya, Gürcüstan, Macarıstan, Litva, Latviya, Polşa, Rumıniya, Slovakiya və Ukraynada tətbiq olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!