Volkov aksiyaçıların qarşısına niyə çıxmır? -   “Madam ki, bizə hörmətsizlik etdi...”

saytların hazırlanması

Evə çatdırılma

Volkov aksiyaçıların qarşısına niyə çıxmır? - “Madam ki, bizə hörmətsizlik etdi...”

Siyasət

14 Dekabr 2022 13:41 1442


“Sülhməramlılar onları qoruyacaq, qoruya bilməyəcək, bu, onların işi, missiyasıdır. Biz onları bura dəvət etməmişik, dəvət edən tərəf onlardır. Bunun bizə heç bir aidiyyəti yoxdur və biz buna heç bir təminat verməmişik. Bu, yalnız öz aralarında olan bir məsələdir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında hazırda Şuşa-Xankəndi yolunda davam edən aksiyada iştirak edən hərbi ekspert Telman Qasımov deyib.

O əlavə edib: “Ermənistanın siyasi hakimiyyəti gah Rusiyaya, gah da Qərbə yönəlir. Paşinyan iqtidarı Qarabağdakı sülhməramlıların Avropadakı sülhməramlılarla dəyişdirilməsini istəyirdi. Rusiya bunu hiss edən kimi dərhal bölgəyə Ruben Vardanyanı öz missioneri kimi göndərdi. Vardanyan Rusiyanın maraqlarını güdür. Üstəlik, proseslərdə qızışdırıcı rolu məhz Ruben Vardanyan oynayır. Dördpendirli pizza

Aksiyamızın yol bağlamaq niyyətimiz olmayıb, əksinə, yolu bağlayan da, açan da sülhməramlılardır. Çadırlarımız elə vəziyyətdə qurulub ki, istənilən zaman təcili yardım maşınları gəlib keçə bilər. Bunun üçün isə sülhməramlılar yolları açmalıdır. Biz onlara heç bir zaman maneəçilik törətməmişik. 

Artıq aksiya 3-cü günə qədəm qoyub və Xankəndidən hər hansı bir təcili yardım İrəvana getməyib”.

T. Qasımov Rusiya sülhməramlılarını qınayıb:

“Onlar çadırları, ağır texnikanı və modul tipli kazarmaları yola düzüblər. Hazırda Qarabağda təminat dayanıb və yollarda çox böyük tıxac yaranıb. Həmçinin, bölgədə yanacaq problemi yaranıb. Qoy bunu qondarma rejim və general-mayor Andrey Volkov fikirləşsin ki, niyə məsələ belə uzandı...

Volkov tələbimizi yerinə yetirib suallarımızı cavablandırsın. Tələbimiz odur ki, separatçı rejim və sülhməramlılar Dəmirli mis-molibden və Qızılbulaq qızı mədənlərindən istismarı dayandırsınlar. Digər tərəfdən, qazıntılar zamanı çıxarılan zəhərli maddələr çaylara axıdılır və ərazilərimiz ekoloji terrora məruz qalır. Tələblərimiz budur ki, ekologiyamıza vurulan ziyanımızın qarşısı alınsın. Buna şəraiti sülhməramlılar bizə yaratmalıdır”.

Ermənistanın iddiaları çox yersiz və əsassızdır. Tərəfdaşlarımızın sayının günü-gündən artmağının baiskarı Volkovdur. O, ilk gün qarşımıza çıxsaydı, vəziyyət bu yerə gəlib çatmazdı. Madam ki, bizə belə hörmətsizlik etdi, zəhmət çəksin, getsin, separatçı rejimlə danışıqlar aparsın. Biz israrlıyıq, heç bir yerə getməyəcəyik, qırmızı xəttimiz burada bitir və heç hara da tərpənəsi deyilik!”

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!