Volkov Qarabağdan qaçıb? - Ermənilər onu Xankəndidə də tapmırlar...

saytların hazırlanması

Evə çatdırılma

Volkov Qarabağdan qaçıb? - Ermənilər onu Xankəndidə də tapmırlar...

Siyasət

23 Dekabr 2022 19:15 1850


Deyəsən, Qarabağdakı hayklar da Rusiya "sülhməramlı" kontingentinin komandanı, general Andrey Volkovu axtarışa verib.

Yenisabah.az xəbər verir ki, bunu erməni teleqram-kanallarında yazılanlar da təsdiqləyir.

"@reartsakh" teleqram-kanalında belə deyilir: Dördpendirli pizza

"Blokadanın ikinci həftəsi başa çatır, Stepanakertdə( Xankəndi-S.L.) Artsaxdakı(Qarabağ- S.L.) RSK-nın komandiri Andrey Volkovun harada oturduğunu heç kim bilmir?

Nə qədər ki, xalqda belə passivlik var, heç bir qərar xalqımızın xeyrinə olmayacaq...

On minlərlə insan Volkovun yanına gedib yolun təcili açılmasını tələb etməlidir. Və tələblər yerinə yetirilənə qədər oranı tərk etməyin. İndi ümummilli mitinq üçün daha tutarlı səbəb var".

P.S. Bəs görəsən,  RSK komandanı haradadır? Deyilənə görə,  o, Xankəndindən Şuşanın Böyük Qaladərəsi kəndi yaxınlığına çıxan gizli tunellə qaçıb aradan çıxıb... Özü də Putin onu vəzifəsindən azad edib... Amma o da var ki, Qarabağdakı qızıl məsələsini həll etməmiş qaçmaz axı.../Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!