“Azərbaycanlı ekoloqların təşəbbüsü hərbi texnikanın, yaxud erməni silahlılarının bölgədən çıxarılması ilə bağlı deyil. Bu, birbaşa Azərbaycanın təbii sərvətlərinin talanması ilə əlaqəlidir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Nadir Şəfiyev deyib.
O, Ermənistan Baş naziri Paşinyan ağır texnikanı Qarabağdan çıxarma barədə göstəriş verməsi iddiasına münasibət bildirib: pizza sifarişi
“Əgər bunu tələb etsəydik, yolu niyə bağlayırdıq? Axı hərbi texnika ancaq həmin yolla çıxarıla bilər. Digər tərəfdən, həmin ağır texnikanın çıxaırlması 2020-ci ildə imzalanan bəyanatla bağlıdır. Həmin sənədə əsasən, hərbi texnika artıq çoxdan Qarabağdan çıxmalıydı. Əgər Baş nazir Paşinyan bu məsələni indiyə qədər uzadıbsa, deməli, sövdələşmək istəyən adam deyil və bunu məcburiyyət qarşısında edir”.
Mütəxəssisə görə, ekoloqların keçirdiyi aksiya bir şeyi göstərir ki, artıq Azərbaycan xalqının səbri tükənib:
“Bu vaxta kimi hər şey, məsuliyyət belə Azərbaycan Prezidentinin üzərində idisə, hazırda Azərbaycan ictimai xadimləri onu göstərdi ki, ölkə başçısı Azərbaycan xalqının tələbini nəzərə alır və bu tələbləri dilə gətirir. Yəni xalqımız gözləməkdən bezib. Onsuz da 30 ildir gözləyirdik ki, Qarabağa qayıdaq. İndi də bunu uzatmaqla yenə də Qarabağa həsrət qoyurlar.
Əgər ETSN nümayəndələri mütəmadi olaraq monitorinqlər keçirə bilsəydi, bizdə o inam yarana bilərdi ki, bəli, tədricən Qarabağa qayıdırıq, sülhməramlılar öz fəaliyyətini göstərir, onlar Qarabağı tərk etməyə hazırlaşır və Azərbaycanın dövlət qurumları Qarabağ ərazisində nəzarətini bərpa edir. Bu isə o deməkdir ki, biz artıq sülhməramlıların nəzarəti altında olan ərazilərə qayıtmağa başlayırıq. Lakin monitorinq qrupunun əraziyə buraxılmaması onu göstərdi ki, separatçılar buna yol verməməyə çalışır, rus sülhməramlılarının arxasında gizlənməyə cəhd edirlər.
Mənim fikrim belədir: general-mayor Volkovun həyata keçirdiyi siyasət onlara müəyyən dərəcədə zəmin yaradır. Bu isə Rusiya prezidentinin imzasına hörmətsizlikdir”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız