Volodimir Zelenski: “Qərb Rusiya ilə oynamağı dayandırmalıdır”

saytların hazırlanması

Evə çatdırılma

Volodimir Zelenski: “Qərb Rusiya ilə oynamağı dayandırmalıdır”

Dünya

27 May 2022 10:24 764


“Qərb Rusiya ilə oynamağı dayandırmalıdır”. 

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.

“Qərb Ukraynadakı mənasız savaşa son vermək üçün çalışmalıdır. Bundan ötrü Rusiyaya daha sərt sanksiyalar tətbiq edilməlidir. Ukrayna müstəqil olaraq qalacaq. Sadəcə sual bunun nəyin bahasına olmasıdır”, - o söyləyib. Dördpendirli pizza

V.Zelenski həmçinin Avropa İttifaqını tənqid edib: “Avropa İttifaqı altıncı sanksiyalar paketini tətbiq etmək üçün daha neçə həftə gözləyəcək?! Rusiyaya təzyiq insanların həyatını xilas etmək deməkdir. Rusiyanı “sakitləşdirmək” üçün müxtəlif təkliflər isə sadəcə ukraynalıların öldürülməsinə səbəb olmaqdır".

Qeyd edək ki, Ukrayna lideri bundan əvvəl də Qərblə bağlı tənqidi fikirlər səsləndirmişdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!