“Vulkan püskürməsində alovun hündürlüyü 300 metrdən çox olub“   - Direktor

saytların hazırlanması

Evə çatdırılma

“Vulkan püskürməsində alovun hündürlüyü 300 metrdən çox olub“ - Direktor

Maraqlı

05 İyul 2021 14:28 1270


“Dünən saat 22 radələrində Bakı arxipelağına aid Daşlı ada palçıq vulkanında (İqnati Daşı palçıq vulkanı) güclü püskürmə baş verib. Səngi Muğan adasından cənub şərqdə yerləşir. Dəniz səviyyəsindən 3-5 metr yüksəlir və şimal qərbdən cənub şərqə uzanır. Onun uzunluğu 350 metr eni 200 metrdir. Kələ-kötürlü relyefi var. 21-50 radələrində bir neçə fazada püskürmə baş verib və yüksək təzyiq altında səthə çıxan alov sütununun hündürlüyü 300 metrdən çox olub. Yaxın günlərdə xaric olmuş brekçiya qatının həcmi və digər xaric olunmuş vulkanik məhsulların müəyyənləşdirilməsi ilə bağlı monitorinqlər aparılacaq və məlumat veriləcək”.

Yenisabah.az xəbər verir ki, bunu Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev deyib.

Onun sözlərinə görə, həm morfoloji, həm də tektonik cəhətdən Bakı arxipelaqı Cənubi Qobustanın, başqa sözlə desək, Ceyrankeçməz və Aşağı Kür qırışıqlığının davamından ibarətdir: pizza sifarişi

“Arxipelaq hüdudlarında Xarə zirə, Qarasu, Səngi Muğan, Zənbil, Çigil,Gil, Daşlı və sair adaları mövcuddur. Bakı arxipelağında yerləşən vulkanların məhsullarının tədqiqi göstərir ki, bu vulkanların kəsilişində alt pliosen, miosen, paleogen və mezazoy çöküntüləri iştirak edir”.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!