Vüqar Əhməd Elmlər Akademiyasına ÜZV seçildi

saytların hazırlanması

Evə çatdırılma

Vüqar Əhməd Elmlər Akademiyasına ÜZV seçildi

Mədəniyyət

17 Dekabr 2025 21:56 1084


AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhməd 52 ölkədən 130 alimin səslərini qazanaraq əsas ofisi Çinin Honkonq şəhərində yerləşən Asiya Elmlər Akademiyasına üzv seçilib.

Bu barədə Ajans.az-a  Ədəbiyyat İnstitutundan məlumat verilib. Qeyd olunub ki, Vüqar Əhmədlə yanaşı, Asiya Elmlər Akademiyasına şöhrətli Azərbaycan alimləri də rəhbər və üzv seçiliblər: professor Elçin Xəlilov prezident, akademik Ziyad Səmədzadə və professor Ədalət Muradov vitse-prezident, professorlar Mahirə Hüseynova (akademik), Məhbubə Vəliyeva (akademik), Vahid Novruzov (akademik).

Qeyd edək ki, Vüqar Əhməd buna qədər bir çox beynəlxalq elmi-ədəbi akademiya və təşkilatlara üzv seçilərək Azərbaycanı ləyaqətlə təmsil edib. Eyni zamanda, o, elmi fəaliyyətinə görə dünya ölkələrinin akademiyalarının qızıl medalları və diplomları ilə təltif olunub. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!