Vüqar Həşimovun xatirəsinə superturnir keçirilib

saytların hazırlanması

Evə çatdırılma

Vüqar Həşimovun xatirəsinə superturnir keçirilib

İdman

06 Aprel 2019 17:23 858


Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş superturnirin iştirakçıları Şəmkirdəki Heydər Əliyev Mərkəzində uşaqlara seans keçiblər. 

"ShamkirChess 2019"un mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, seans 40 lövhədə olub. Uşaqlarla dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionu Vişvanatan Anand, Rusiya şahmatçıları Sergey Karyakin, Aleksandr Qrişuk, azərbaycanlı qrossmeyster Teymur Rəcəbov, eləcə də Aniş Giri, David Navara, Veselin Topalov şahmat oynayıb.

Sonda qrossmeysterlər yeniyetmə şahmatçılarla xatirə şəkli çəkdiriblər.  pizza mizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!