Vüqar Rəhimzadə: “Ana dilimizin saflığının qorunması həyat amalına çevrilməlidir“

saytların hazırlanması

Evə çatdırılma

Vüqar Rəhimzadə: “Ana dilimizin saflığının qorunması həyat amalına çevrilməlidir“

Siyasət

28 İyul 2022 22:52 1375


“Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev bildirirdi ki, xalqı xalq edən, milləti millət edən onun ana dilidir". 

Yenisabah.az xəbər verir ki, bunu  Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

O qeyd edib: "1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Dövr baxımından sözün əsl mənasında böyük cəsarət tələb edən  belə bir addım məhz gələcəyin müstəqil Azərbaycanı naminə atılmışdı. pizza mizza

Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi, demək olar ki, bütün böyük klassiklərin ittifaq miqyasında yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin ümumittifaq miqyasında ön mövqelərə çıxması, elmi, ədəbi, mədəni abidələrin planlı tədqiqi və nəşri - bütün bunlar ulu öndər Heydər Əliyevin gələcək müstəqil milli dövlətçiliyimizin ideya təməlində dayanan siyasətinin əməli nəticələri idi”.

V. Rəhimzadə qeyd edib ki, Azərbaycan xalqı tarixinə sahib çıxan, milli-mənəvi dəyərlərini, dilini qoruyan və inkişaf etdirən xalq kimi tanınır: “Dövlətimizin qeyd olunan istiqamətlərdə atdığı addımların və əldə edilən uğurlarının nəticəsidir ki, ölkəmiz 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etdi. Hər bir beynəlxalq tədbir iştirakçı  ölkələrin malik olduğu imkanların, əhatə etdiyi mövzu baxımından  əldə etdiyi uğurların və təcrübənin təqdimatında əhəmiyyətli rol oynayır. Bu baxımdan qeyd olunan tədbir ölkəmizin tarixinə, mədəniyyətinə bağlılığını nümayiş etdirdi.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri  Mehriban xanım Əliyeva  tədbirdəki çıxışında bir daha bu məqamı diqqətə çatdırmışdır ki, Azərbaycanın UNESCO-nun dəyərlərinə və ideallarına bağlılığı onun milli hüdudlarından kənarda da öz təzahürünü tapır. Son illərdə  dünya mədəni irsin qorunması sahəsində apardığımız fəaliyyətin coğrafiyası genişdir. Mədəni irs bizi bəşəriyyətin şanlı tarixinə aid olduğumuzu birlikdə düşünməyə vadar edir”.   

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, azərbaycançılığın əsas tərkib hissəsi olan Azərbaycan dilinin qorunması və saflaşdırılması istiqamətində dövlətimizin həyata keçirdiyi tədbirlər davamlılığı ilə diqqət çəkir:

“1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı.  Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da sürətləndirildi. Ulu Öndər  yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir.

Ulu öndər Heydər Əliyevin çıxışlarında bu çağırış xüsusi yer tuturdu ki, digər dilləri də  öyrənmək lazımdır, amma əvvəl  öz ana dilimizi öyrənək, onu  qoruyaq, yad təsirlərə salmayaq. “Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir” söyləyən Ümummilli Lider onu da  bildirirdi ki, ana dilini bilməmək, ana dilini qiymətləndirməmək şübhəsiz ki,  xalq qarşısında  böyük qəbahətdir.”

“Ulu öndər Heydər Əliyevin ana dilimizin qorunması üzrə siyasi xəttinə sadiqlik son 18 ildən artıq dövrün reallıqlarında öz əksini tapır” söyləyən Vüqar Rəhimzadə bildirib ki,  Prezident İlham Əliyev tərəfindən 2004-cü ildə imzalanan “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam əsasında hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanaraq çap edilir. Həmin il, eyni zamanda, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci ildə “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” Sərəncamlar imzalandı ki, bu da  ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqinin gerçəkləşdiyini söyləməyə əsas verir: “Azərbaycan dilinin qorunmasına xidmət edən Dövlət Proqramı təsdiqləndi  və uğurlu nəticələr göz önündədir.  Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan  ölkə Prezidenti 2013-cü ildə  “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı təsdiq etdi. Bu,  milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisə kimi dəyərləndirildi. Dövlət Proqramının icrasında  məqsəd Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılması idi”.  

Diqqəti ölkə Prezidenti İlham Əliyevin  2018-ci ildə  imzaladığı  “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamına, həmçinin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına yönəldən Vüqar Rəhimzadə vurğulayıb ki,  atılan bu addımların əsasında  Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi dayanır.  Yazılı və elektron KİV-lərin ictimai fikrə təsir imkanlarının böyüklüyünü nəzərə alsaq, Azərbaycan dilinin saflığının qorunmasında mətbuatımız öz sözünü  davamlı şəkildə deməlidir”. 

YAP Xətai rayon təşkilatının sədri  keçilən yolun təhlili fonunda bu ümumiləşdirməni aparıb ki, ulu öndər Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” tezisi hər birimizin həyat amalına çevrilməli, dilimizin  yad təsirlərdən qorunmasına öz töhfələrimizi verməliyik.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!