Vüqar Rəhimzadə Qoşulmama Hərəkatının əhəmiyyətindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Vüqar Rəhimzadə Qoşulmama Hərəkatının əhəmiyyətindən danışdı

Siyasət

03 Mart 2023 18:32 599


"Bu günlər dünyanın diqqəti növbəti dəfə Azərbaycana yönəlib. Martın 2-də keçirilən, 70-ə yaxın ölkənin dövlət və hökumət başçılarının, 5 ölkənin, o cümlədən Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq və  Liviyanın prezidentlərinin, üç ölkənin - Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentlərinin, Əlcəzair və Keniyanın Baş nazirlərinin, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin, eyni zamanda, nazirlərin, nazir müavinlərinin, səfirlərin qatıldıqları  Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü bir daha ölkəmizin  beynəlxalq aləmdə artan roluna və nüfuzuna işıq saldı.

Əvvəlcədən tədbirin iştirakçılarının say tərkibinə diqqət yetirmək kifayət idi ki, müzakirə olunacaq məsələlərin aktuallığı barədə aydın təsəvvür yaransın".

Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib. Dördpendirli pizza

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirilməsinə, həmçinin 44 günlük İkinci Qarabağ müharibəsinə və son iki ildən artıqdır işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılmasına təsadüf etdiyindən keçirilən hər bir tədbirdə günümüzün aktual məsələləri, xüsusilə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinin yol xəritəsi  ətrafında fikir mübadiləsinin aparılması  vacibdir. 

YAP Xətai rayon təşkilatının sədri diqqəti Prezident İlham Əliyevin çıxışında yer alan bu mühüm məqama yönəldib ki, son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturası hazırda köklü dəyişikliklərlə üzləşir və multilateralizm təhlükə altındadır. 

Vüqar Rəhimzadə vurğulayıb ki, Zirvə görüşündə dünyanın təhlükəsiz gələcəyi naminə aparılan müzakirələr, səsləndirilən çağırışlar, irəli sürülən təkliflər bir daha Qoşulmama Hərəkatının qlobal əhəmiyyətini açıqladı. Dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı hazırda Azərbaycanın sədrliyi ilə özünün ən uğurlu dövrünü yaşayır. Dünyada nüfuzu getdikcə artan və regionda aparıcı aktora çevrilən Azərbaycan təşəbbüsləri ilə qarşıdakı dövrdə də Hərəkatın dünya siyasətində söz sahibliyinin təmin edilməsinə öz töhfəsini verəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!