“Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu iştirakçıların təmsilçiliyi və say tərkibi ilə müzakirəyə çıxarılan məsələlərin nə qədər önəmli və bugünümüz üçün aktual olduğunu nümayiş etdirir. Bu fikir dövlət başçısı İlham Əliyevin Forumun açılış mərasimindəki çıxışında da xüsusi qeyd edildi ki, Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Bu, həmsədrlərin, bütün İdarə Heyətinin düşünülmüş və səmərəli fəaliyyətinin təzahürüdür.
Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə diqqət yönəldilərək bölünmüş dünyada dayanıqlılığın yaradılması, onun qlobal sülhə təsiri məsələləri geniş müzakirə edildi. Dövlət başçısı İlham Əliyev dünyanı sarsıdan münaqişələrin həlli yollarından bəhs edərək bunun iki - dinc və qeyri-dinc yolunun olduğunu diqqətə çatdırdı. pizza
YAP Xətai rayon təşkilatının sədri diqqəti qlobal çağırışlar sırasında regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi məsələsinə də yönəldib. Bildirib ki, tarixi Zəfərimizdən sonra Azərbaycan Ermənistanla münasibətlərində yeni səhifə açmaq üçün sülh müqaviləsinin imzalanması təklifini irəli sürdü və eyni zamanda, bu bəyanatı səsləndirdi ki, bu sənəd uzun müddət masa üzərində qalmayacaq. Ölkəmiz işğalçı Ermənistana növbəti dəfə şans verdi. Ermənistan isə hazırda bu şansı dəyərləndirib, sülh müqaviləsinin imzalanması istiqamətində səylər göstərmək əvəzinə 30 illik işğal dövründə atdığı addımları təkrarlamağa səy göstərir.
Vüqar Rəhimzadə bildirib ki, Forumun mövzusundan da aydın olur ki, səsləndirilən çağırışlar sadəcə bir fikir olaraq deyil, gələcəklə bağlı ümidlərin yaranmasına, bu arzu və istəklərin reallıqda öz əksini tapmasına xidmət etməlidir. Azərbaycan daim dünyaya birlik, həmrəylik çağırışları ilə diqqətdə olub.
Telegram kanalımız