KİVDF-nin bu günki iclasından sonra bu qurumun xətti ilə indiyədək dövlət tərəfindən maliyyələşdirilən qəzetlərin xeyli hissəsinə maliyyə yardımının dayandırılacağı xəbəri yayılıb.
Bununla bağlı “Yeni Sabah” KİVDF-nin icraçı direktoru Vüqar Səfərli ilə əlaqə yaradıb. O, açıqlamasında bildirib ki, maliyyələşmə ilə bağlı sadəcə yeni şərtlər irəli sürülüb:
“KİVDF qəzet bağlayandı ki? Kimin ağlına nə gəlir, onu da danışır! Bu gün KİVDF-nin böyük Müşahidə Şurasının iclası olub. İkinci rüb üçün maliyyələşmə yardımı ilə bağlı şərtlər elan etmişik. Qəzetlər martın 28-nə qədər sənədlərini təqdim etməlidir. Hələ bu gün elan olunan bir şeydir. pizza hut
Kim deyə bilər ki, hansı qəzet maliyyələşəcək, hansının maliyyəsi kəsiləcək. Bu, qəzetlərin öz işidir. Gərək sənədlər verilsin ki, kriteriyalara uyğunluğu bəlli olsun. Maliyyələşmə bu gün elan edilibsə, hansı qəzetin bağlanmasından söhbət gedə bilər?”
Günay Rəsulqızı
Telegram kanalımız