Vüqar Səfərlinin yaratdığı qalmaqal

saytların hazırlanması

Evə çatdırılma

Vüqar Səfərlinin yaratdığı qalmaqal

Hadisə

04 Sentyabr 2019 06:09 1401


Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli jurnalistlər üçün inşa olunmuş 2-ci binadakı mənzillərə “kupça” verilməməsinin səbəblərini açıqlayıb. 

V.Səfərli yenicag.az-a müsahibəsində deyib ki, o sənədlər hazırlanmalı və binaya ümumi “kupça” verilməlidir. Bu açıqlama etirazlara səbəb olub.

“Yeni Sabah” xəbər verir ki, məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Qulu Xəlilov musavat.com-a açıqlamasında bildirib ki, jurnalistlərin binasının istismarına Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən icazə verilib.  pizza sifarişi

Onun sözlərinə görə, eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyesteri haqqında qanunun 8-ci maddəsinə uyğun olaraq, ilkin hüquq müəyyənedici sənədlər hazır olduğu təqdirdə, yəni, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən bu sənədlər mənzil sahiblərinə təqdim olunduqda proses növbəti mərhələdə həll olunacaq: 

“Sənədlər təqdim olunanda biz dərhal sosial kampaniyamız çərçivəsində, yəni, “əmlakını qeydiyyatına al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində jurnalistlərin binasının həyətindəcə hörmətli jurnalistlərimizdən, media nümayəndələrimizdən, onların sahib olduğu mənzillərə dair ilkin hüquq müəyyənedici sənədləri toplayaraq onları növbəti mərhələdə çıxarışların verilməsini təmin edəcəyik. 

Ən qısa müddətdə, hətta bir gün müddətində belə, əgər ilkin hüquq müəyyənedici sənədlər bina sahibi tərəfindən təqdim olunduğu və jurnalistlər də bizə təhvil verdiyi təqdirdə, biz bu məsələni həll etməyə hazırıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!