Vüsal Hüseynov Almaniyanın ölkəmizdəki səfiri ilə görüşdü - Foto

saytların hazırlanması

Evə çatdırılma

Vüsal Hüseynov Almaniyanın ölkəmizdəki səfiri ilə görüşdü - Foto

Siyasət

04 Sentyabr 2019 14:00 1113


Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Almaniya Federativ Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Volfqanq Maniq ilə görüşüb.

"Yeni Sabah" bildirir ki, qonağı səmimi salamlayan Vüsal Hüseynov Azərbaycan ilə Almaniya arasında münasibətlərin uğurla inkişaf etdiyini, uzunmüddətli və səmərəli işgüzar əlaqələrin mövcudluğunu bildirib.

Görüşdə miqrasiya sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!