Vüsalə Mahirqızı yeni agentlik yaradır? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Vüsalə Mahirqızı yeni agentlik yaradır? - Açıqlama

Rəqəmsal

14 Fevral 2019 19:27 1329


Fəaliyyətini dayandırmış "APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızının yaxın günlərdə yeni informasiya agentliyi yaradacağı barədə məlumat yayılıb.

Məlumata görə, ONA.Az domeni ilə fəaliyyət göstərəcək yeni İnformasiya Agentliyinin işçi heyəti əsasən "APA Holdinq"in keçmiş kollektivi əsasında qurulacaq.

Yeni domen "APA-Holdinq"in keçmiş işçisi Zaur Xəlilovun adına artıq qeydiyyatdan keçib. Dominos pizza

Holdinqin sabiq işçilərindən biri demokrat.az-a açıqlamasında yeni informasiya agentliyinin açılmaqda olduğunu və artıq onlara işə çıxmaları ilə bağlı tapşırıq gəldiyini təsdiqləyib. Amma V.Mahirqızı sayta açıqlamasında xəbərin doğru olmadığını söyləyib.

O, "APA Holdinq" fəaliyyətini bərpa edəcəyi barədə xəbərin səhv olduğunu deyib: "Hazırda bizim fəaliyyətimiz var, ancaq bu media sahəsində deyil. "APA Holdinq"-in bərpa olunacağı barədə xəbərlər səhvdir".

Qaynarinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!