Vyanada növbəti türk-erməni görüşü: Bu təmasların Azərbaycana xeyri olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Vyanada növbəti türk-erməni görüşü: Bu təmasların Azərbaycana xeyri olacaq?

Siyasət

04 Fevral 2022 11:50 603


Türkiyə və Ermənistan xüsusi səfirlərinin ikinci görüşü Vyanada olacaq. Moskvada baş tutan ilk görüşdən sonra tərəflər iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün hansı mövzuları müzakirə edəcək? Bu təmasların Azərbaycan üçün hansı müsbət nəticələri olacaq?

Yenisabah.az-a danışan politoloq Fikrət Sadıxov qeyd edib ki, Türkiyənin regiona töhfələr verməsi böyük reallıqdır:

“Bu reallığı Ermənistan da dərk edib. Gərginliyin yumşaldılması, ilk növbədə, Ermənistan-Türkiyə əlaqələrinə müsbət təsiri göstərəcək, eyni zamanda, regionda müəyyən təhlükəsizlik və stabillik qarantı kimi gündəmə gələ bilər”. pizza sifarişi

F. Sadıxov əlavə edib: 

“Azərbaycan Türkiyənin yaxın müttəfiqi və qardaş dövlətidir. Türkiyə heç vaxt Azərbaycanın maraqlarına təhlükə yarada bilən addımlar atmaz. Məncə, Ermənistanla əlaqələrin bərpası Azərbaycanın xeyrinədir. Çünki özümüz də Ermənistanla sülh sazişi imzalamaq istəyirik. Eləcə də, sərhədlərin delimitasiya və demarkasiya məsələsini gündəmdədir. 

Ayıq-sayıq olmalıyıq və ermənilərin müxtəlif, həm idealoji təxribatları, həm də digər hərəkətlərinin qabağını almalıyıq. Çünki ermənilər ərazi iddiaları, qondarma soyqırımı məsələsi və s.niyyətlərindən əl çəkmirlər. Bu cür məsələdə daha aktiv olmalı və xarici siyasətdə daha fəal addımları atmalıyıq. Sübut etməliyik ki, münasibətlərdəki gərginliyi yumşaltmaya baxmayaraq, heç vaxt onların iddialarını qəbul etməyəcəyik”, - deyə mütəxəssis yekunlaşdırıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!