“Wagner“in taleyi necə olacaq? - Dumadan KRİTİK BƏYANAT

saytların hazırlanması

Evə çatdırılma

“Wagner“in taleyi necə olacaq? - Dumadan KRİTİK BƏYANAT

Siyasət

26 İyun 2023 13:35 12633


"Qiyamdan sonra "Wagner" PMC bölmələrinin bir hissəsi öz-özünə dağılacaq, bəzi döyüşçülər isə Müdafiə Nazirliyinin rəhbərliyi altında keçə biləcəklər".

Publika.az "Rise"yə istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Dövlət Dumasından bildirib.

Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Viktor Sobolevin sözlərinə görə, muzdluların sahibi Yevgeni Priqojinin Belarusa xidmətə getməsinə icazə verilməyəcək. Toyuqlu pizza

"Birbaşa üsyanda iştirak etməyənlər istəsələr, Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb xüsusi əməliyyat zonasına qayıdacaqlar. İştirak edənlərin aqibətinin necə olacağı hələlik bəlli deyil, lakin Priqojinə qarşı cinayət işi də dayandırıldığı üçün onlar cinayət məsuliyyətinə cəlb edilməyəcəklər.", - deyə o bildirib.

Eyni zamanda o, qiyamda iştirak edən muzdluların, evə göndərilməsini təklif edib.

"Onların ləyaqətləri nəzərə alınsa, onlar təqib olunmayacaqlar. Bu, rəsmi olaraq hər şeydir, mən bunu Peskovdan aydın eşitmişəm", - Sobolev deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!