“WhastsApp”da daha bir yenilik

saytların hazırlanması

Evə çatdırılma

“WhastsApp”da daha bir yenilik

Rəqəmsal

08 İyun 2023 23:40 10726


"WhastsApp" messencer daxilində kanallar funksiyasını təqdim edib.

Yenisabah.az Axsam.az-a xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Bildirilib ki, kanallar söhbətlər bölməsində yerləşəcək və müvafiq nişanla seçiləcək. Kanal adminləri mesajlar, fotolar, videolar, stikerlər və sorğular göndərə biləcəklər. Abunəçilərin yalnız məzmuna baxa biləcəklər. Pepperoni pizza

Messencer dövlət qurumlarının xəbərləri, idman, hobbi və digər mövzularla bağlı məzmunlu kanallar kataloqu yaradıb. Onları təkcə kataloq vasitəsilə deyil, həm də birbaşa keçid və ya dəvətlə tapa bilərsiniz.

Məxfilik üçün isə müəyyən vaxtdan sonra kanal nəşrlərini avtomatik silmək funksiyası da var.

Kanallar hazırda Kolumbiya və Sinqapurda seçilmiş təşkilatlar və media orqanları üçün əlçatandır və yaxın aylarda bütün regionlara yayılacaq.

İstənilən istifadəçi messencerdə kanal yaratmaq funskiyasından da yararlana biləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!