“WhatsApp” artıq internetsiz işləyəcək

saytların hazırlanması

Evə çatdırılma

“WhatsApp” artıq internetsiz işləyəcək

Rəqəmsal

24 Aprel 2024 16:56 65028


“WhatsApp” “Yaxınlıqdakı insanlar" adlı yeni funksiyasını sınaqdan keçirir.

Yenisabah.az xəbər verir ki, yeni funksiyada istifadəçilərin faylları oflayn köçürmə və paylaşma imkanı olacaq. Yəni istifadəçilər internet bağlantısı olmadan belə sənədlər, media və digər faylları kontaktlarına ötürə biləcəklər.

“WhatsApp”ın yeni oflayn fayl paylaşma xüsusiyyəti "Yaxınlıqdakı insanlar" adlanır. Bu xüsusiyyət məşhur "Android" seçimi "Nearby Share" və "Apple AirDrop" kimi işləyəcək. Dördpendirli pizza

"Yaxınlıqdakı adam" funksiyası hazırda inkişaf mərhələsindədir və sonuncu dəfə "Android beta" versiyasında görünüb.

Bu xüsusiyyətin iOS istifadəçilərinə gəlib-gəlməyəcəyi və ya “WhatsApp”ın bu funksiyanı bütün istifadəçilərə nə vaxt təqdim etməyi planlaşdırdığı hələlik bəlli deyil.

Şeyla Səmiyeva 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Nahid
    Salam
    2 years ago