“Whatsapp” DƏLƏDUZLARI – Məlumatlarınız belə ƏLƏ KEÇİRİLİR

saytların hazırlanması

Evə çatdırılma

“Whatsapp” DƏLƏDUZLARI – Məlumatlarınız belə ƏLƏ KEÇİRİLİR

Rəqəmsal

30 Aprel 2025 17:04 1187


Sosial şəbəkələrdə yeni hakkerlər peyda olub. İnsanlardan pul tələb edərək guya əlaqə nömrəsi ilə istənilən şəxsin Whatsappını 1 aylıq izləyə bilirlər.

Bəs həqiqətən də bu mümkündür? Belələri barədə hansı məsuliyyət nəzərdə tutulur?

“Yeni Sabah” xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən vəkil Ramil Əfəndi bildirir ki, ilk növbədə insanların bu şəkildə aldadılması kibercinayətdir, ancaq, həqiqətən də belə bir şey baş verirsə, bu artıq kompüter məlumatlarının qeyri-qanuni ələ keçirilməsidir: Sezar pizza

“Bildirim ki,  bu hal AR Cinayət Məcəlləsinin müvafiq maddəsiylə sanksiyalaşmış əməllər hesab edilir. 271 - ci maddəyə görə qəsdən kompüter məlumatlarına  ələ keçirmək niyyəti ilə daxil olmaq iki ilə qədər azadlıqdan məhrumolma ilə cəzalandırılır.

Eyni zamanda əgər bunu  bacarmırsa, insanları aldadaraq belə bir əməl törədirsə, AR Cinayət Məcəlləsinin 178 – ci maddəsinin təsir dairəsinə düşür, bu isə dələduzluq hesab olunur, buna görə isə 1000 manatdan 2000 manata qədər cərimə və iki ilə yaxın azadlıqdan məhrum edilmə ilə cəzalandırılır”, - deyə vəkil bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!