“WhatsApp” dizaynını tamamilə dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

“WhatsApp” dizaynını tamamilə dəyişdi

Rəqəmsal

11 May 2024 09:17 4530


“WhatsApp” “Android” və “iOS” əməliyyat sistemlərində mesencerin dizaynını tamamilə dəyişib.

Oxu.Az-ın məlumatına görə, bu barədə tətbiqin “X” sosial şəbəkə hesabında xəbər verilib.

Yenilənmiş dizayn sistem yaşıl rəng sxemini itirib və mövzusundan asılı olaraq ağ, yaxud qara rəngə çevrilib. Bununla belə bildiriş nişanları və funksiya düymələrində yaşıl rəng qalır. pizza hut

“Parametrlər” bölməsində yeni animasiyalar peyda olub və nişanlar dəyişdirilib.

“Android”də yeni naviqasiya paneli peyda oldu.

“iOS”da foto, video və sənədlərin göndərilməsi üçün interfeys dəyişib.

Bundan əlavə, proqramın “Android” versiyasında naviqasiya paneli ekranın aşağı hissəsinə köçürülüb. Bu, mesenceri “iPhone” versiyasına bənzədir.

Tərtibatçılar qeyd ediblər ki, onlar qaranlıq rejimə diqqət yetiriblər. Yenilik daha yüksək kontrast səviyyəsini və daha dərin tünd çalarları təmin edir, bu isə zəif işıqlı şəraitdə gözə yükü azaldır.

Həmçinin ekranın yuxarı hissəsində “Meta” neyron şəbəkəsinin süni intellektin inteqrasiya olunduğu axtarış paneli peyda olub.

Dizaynın yenilənmiş versiyası artıq “Android” və “iOS” sistemlərində “WhatsApp” istifadəçiləri arasında yayılmağa başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!