“WhatsApp” hər kəsə lazım olan 3 yeni funksiya təqdim etdi

saytların hazırlanması

Evə çatdırılma

“WhatsApp” hər kəsə lazım olan 3 yeni funksiya təqdim etdi

Rəqəmsal

11 May 2023 07:43 8269


“WhatsApp” mesenceri növbəti yeniləmə ilə istifadəçiləri sevindirib. Belə ki, mesencerə bir neçə faydalı funksiya əlavə edilib.

Hazırda bu yeniliklər “iOS” smartfonlarının sahibləri üçün əlçatandır.

Yenilənmələr ilk növbədə sorğu sisteminə aiddir. Artıq sorğunu elə konfiqurasiya etmək olar ki, istifadəçi yalnız bir cavab seçə bilsin. Hər yeni səsdən sonra cihaza bildiriş göndəriləcək. Dominos pizza

Dəyişikliklər, həmçinin söhbətlərdə şəkil və videoların ön izləmələrinə də təsir edib. Yeni interfeys sayəsində istifadəçi yükləmənin nə vaxt başladığını və nə vaxt bitdiyini görə bilər. Əvvəllər yükləmə göstəricisi görünmürdü.

Bundan əlavə, iOS-da “WhatsApp” istifadəçiləri fotoşəkillərdən öz stikerlərini hazırlamaq imkanı əldə ediblər. /Oxu.az


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!