WhatsApp işlədənlərə   ŞAD XƏBƏR

saytların hazırlanması

Evə çatdırılma

WhatsApp işlədənlərə ŞAD XƏBƏR

Rəqəmsal

26 İyun 2025 20:39 835


WhatsApp istifadəçilərin çat təcrübəsini daha da rahatlaşdırmaq məqsədilə yeni bir funksiyanı – “Mesaj xülasələri”ni istifadəyə verib. Şirkət bu yenilik barədə öz rəsmi bloqunda məlumat yayıb.

Yenisabah.az xəbər verir ki, süni intellekt əsasında işləyən bu alət istifadəçilərə müxtəlif çatlarda oxunmamış mesajlara qayıdarkən daha az vaxt sərf etməyə imkan yaradır. Sistem, gələn mesajları qısa şəkildə ümumiləşdirərək təqdim edir və bununla da hər bir mesajı ayrıca oxumağa ehtiyac qalmır.

Funksiya Meta-nın süni intellekt modeli ilə Private Processing adlanan texnologiyanın sintezindən yaranıb. Ən önəmli məqamlardan biri isə məxfiliyin tam təmin olunmasıdır. Belə ki, mesajların xülasəsi yalnız istifadəçinin cihazında yaradılır və bu məlumatlar nə WhatsApp, nə də Meta serverlərinə göndərilmir. Həmçinin, çatda olan digər şəxslər həmin xülasələri görə bilmirlər. Toyuqlu pizza

İstifadəçilər bu funksiyanı tətbiqin ayarlarında, “Advanced chat privacy” bölməsindən aktivləşdirə bilərlər. Burada konkret çatlar seçilərək süni intellekt alətinin tətbiqi təmin olunur.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!