“WhatsApp” istifadəçiləri belə aldadılıb

saytların hazırlanması

Evə çatdırılma

“WhatsApp” istifadəçiləri belə aldadılıb

Rəqəmsal

14 Yanvar 2020 22:33 1500


Kibercinayətkarlar “WhatsApp” messencerinin istifadəçilərinə hücumlar üçün “Adidas” brendindən istifadə etməyə başlayıblar. Belə ki, fırıldaqçılar şirkətin hədiyyələri haqqında məlumatlar vasitəsilə login və parolları oğurlayırlar.

"Yeni Sabah" xəbər verir ki, mütəxəssislərin məlumatına görə, fırıldaqçılar qurbanları “Adidas” şirkətinin yubileyi münasibətilə hədiyyələr vermək vədləri ilə bağlı məlumatlarla aldadırlar.

Pulsuz mayka və ayaqqabıların alınması üçün istifadəçilərə qeyd olunan sayta keçmək təklif olunur. Sezar pizza

Saxta mənbəyə keçid “Adidas” şirkətinin rəsmi saytına deyil, istifadəçilərə sorğuda iştirakın təklif olunduğu məlumatların oğurlanması üçün istifadə edilən saxta səhifəyə aparıb. Hədiyyələrin əldə edilməsi üçün müsabiqə haqqında məlumatın 20 kontakta göndərilməsi təklif edilib. Beləliklə, yeni istifadəçilərin fişinq kampaniyasına cəlb edilməsi təmin olunub.

Elanda “Adidas” şirkətinin köhnə loqotipindən istifadə edilib. Fırıldaqçılar tərəfindən istifadə edilən domen bir neçə ay əvvəl qeydiyyata alınıb.  /“ICTnews”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!