“WhatsApp+” istifadəçilərinə  XƏBƏRDARLIQ: “Pulları oğurlanır...” 

saytların hazırlanması

Evə çatdırılma

“WhatsApp+” istifadəçilərinə  XƏBƏRDARLIQ: “Pulları oğurlanır...” 

Rəqəmsal

26 Yanvar 2024 11:46 6358


“Saxta “WhatsApp+” istifadə edənlərin bank hesablarından pullar oğurlanır”.

“Yeni Sabah” bildirir ki, bunu tanınmış texnobloqer Fərid Pərdəşünas deyib. Onun sözlərinə görə, vətəndaşların bununla bağlı şikayətləri artır:

“Pulu oğurlananlar and-aman edib, bankları günahlandırsa da, əslində “WhatsApp+”da olan arxa qapı sayəsində bank tətbiqlərinə giriş əldə edilir. Azərbaycan saxta “WhatsApp+” yüklənmə sayına görə dünyada birinci yerdədir. Səbəb də sadədir - başqalarının gizliliyinə müdaxilə etməyi sevirik. İndi isə bu maraq kütləvi şəkildə hesabların oğurlanmasına səbəb olur”. pizza mizza

Ekspert bildirib ki, “WhatsApp+” orijinal “WhatsApp”da olmayan imkanları təqdim edən saxta həlldir: “Vaxtında dövlət qurumları, şəxsən mən bağırırdım ki, saxta tətbiqi yükləməyin. İndi zərərçəkənlər dünyadan xəbərsiz kimi bankları günahlandırır”.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!