“WhatsApp” istifadəçilərini çaşdıran rəng oyunu -   Nə deməkdir?

saytların hazırlanması

Evə çatdırılma

“WhatsApp” istifadəçilərini çaşdıran rəng oyunu - Nə deməkdir?

Rəqəmsal

01 Aprel 2026 17:49 1931


Sosial şəbəkələrdə son günlər “WhatsApp”la bağlı qəribə bir iddia yayılıb. Paylaşımlarda bildirilir ki, tətbiqdə profil şəkli olmayan kontaktların fonunda görünən rənglər guya istifadəçilər arasındakı münasibətin səviyyəsini göstərir.

"Yeni Sabah" xəbər verir ki, iddialara əsasən, həmin rənglər təsadüfi seçilmir. Hətta bəzi paylaşımlarda onların xüsusi mənalar daşıdığı, qarşı tərəfin sizi nömrələrində saxlayıb-saxlamadığı və ya sizinlə nə qədər ünsiyyətdə olduğu barədə məlumat verdiyi vurğulanır.

Yayılan versiyalara görə, yaşıl rəng şəxsin sizi kontakt siyahısına əlavə etmədiyini, mavi rəng vaxtilə bloklandığınızı, qırmızı rəng nadir hallarda əlaqə saxladığınız insanları göstərir. Açıq yaşıl rəngin isə əvvəllər daha sıx danışdığınız, sonradan isə ünsiyyəti azalan şəxslərlə bağlı olduğu iddia olunur. pizza hut

Ancaq bu fikirləri təsdiqləyən hər hansı rəsmi açıqlama yoxdur. “WhatsApp”ın mövcud funksiyalarında da belə bir sistemin işlədiyinə dair texniki əsas göstərilmir. Mütəxəssislərin sözlərinə görə, söhbət sadəcə profil fotosu olmayan istifadəçilər üçün tətbiq tərəfindən avtomatik seçilən fon rənglərindən gedir və onların şəxsi münasibətlərlə heç bir bağlılığı yoxdur.

Beləliklə, sosial mediada dövriyyəyə buraxılan bu iddialar həqiqəti əks etdirmir. Görünən rənglər istifadəçilər arasındakı əlaqə barədə siqnal vermir və bu məlumatlar daha çox çaşdırıcı xarakter daşıyır.

Əsmətxanım


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!