“WhatsApp” limitsiz olacaq - “Azercell”dən əhalini   sevindirən xəbər

saytların hazırlanması

Evə çatdırılma

“WhatsApp” limitsiz olacaq - “Azercell”dən əhalini sevindirən xəbər

Rəqəmsal

02 Dekabr 2019 16:32 1662


Ölkədə texnoloji innovasiyaların təminatçısı kimi tanınan və əhalinin əksəriyyətinin seçimi olan “Azercell Telekom” MMC abunəçilərini Yeni il ərəfəsində yeni bir kampaniya ilə sevindirir.

"Azercell"dən "Yeni Sabah"a daxil olan məlumata görə, şirkət aylıq internet paketi istifadəçilərinə WhatsApp mobil tətbiqi daxilində pulsuz yazışma imkanı təqdim edir. 500 MB, 1 GB, 5 GB, 10 GB və ya 50 GB/Limitsiz aylıq internet paketlərindən birini əldə edən fiziki şəxs statusuna malik bütün Azercell abunəçiləri paketin istifadə müddəti bitənədək bu kampaniyadan yararlana, beləliklə də, WhatsApp üzərindən pulsuz ismarıc göndərə bilər.

Qeyd edək ki, təklif 2020-ci il, yanvar ayının 31-dək qüvvədə olacaq. Marqarita pizza

Azercell-in internet paketləri barədə ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/internet/datapacks/packs/ səhifəsinə daxil olun.

Azercell-in təqdim etdiyi bu fürsətdən yararlanmağa, Yeni ildə yaxınlarınızla daha çox ünsiyyətdə olmağa tələsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!