“WhatsApp” Rusiyada bloklama cəhdlərini təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

“WhatsApp” Rusiyada bloklama cəhdlərini təsdiqlədi

Rəqəmsal

14 Avqust 2025 11:48 862


“WhatsApp” Rusiyanın bu mejaşlaşma aplikasiyasını bloklamağa çalışdığını təsdiqləyib.

Yenisabah.az reuters-ə istinadla xəbər verir ki, “WhatsApp” Rusiyada da istifadəçilərin bu platformadan faydalanması üçün əlindən gələni edəcəyini bildirib.

“WhatsApp” şəxsi və gizlidir. Hökumətlər tərəfindən insanların gizli kommunikasiya haqqını pozan cəhdləri inkar edirik. Buna görə də Rusiya 100 milyondan çox rus istifadəçisini “WhatsApp”-dan məhrum etməyə çalışır. Biz Rusiya da daxil olmaqla hər yerdə insanların təhlükəsiz və gizli kommunikasiyasını təmin etmək üçün əlimizdən gələni etməyə davam edəcəyik”- WhatsApp-dan bəyanat verilib. pizza hut

Rusiya “Telegram” və “WhatsApp”-da bəzi zənglərin bloklanmasına başlayıb.

Moskva bu platformaları istifadəçi məlumatlarını hökumətlə bölüşməməkdə günahlandırır və bunun terrorizm, həmçinin dələduzluq hallarının araşdırılmasına mane olduğunu iddia edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!