“WhatsApp”da Android cihazı istifadəçilərinə videozənglər zamanı ekranı paylaşarkən həmsöhbətləri ilə videolara baxmaq və musiqi dinləmək imkanı verən yeni funksiya olacaq.
Yenisabah.az xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.
İstifadəçilər ekranlarını paylaşdığı zaman cihazda səslənən audio materiallar qarşı tərəfin də cihazında səsləndiriləcək. Pepperoni pizza
Mütəxəssislər vurğulayıb ki, bu seçim iştirakçılara birlikdə videolar izləmə imkanı da yaradır.
Videozəng zamanı səsi paylaşmaq imkanı “Google Play Store”dan Android üçün ən son “WhatsApp” beta yeniləmələrini quraşdırmış bəzi beta test istifadəçilərinə təqdim olunur. Funksiya bir neçə həftəyə daha çox istifadəçi kütləsi üçün əlçatan olacaq.
Xatırladaq ki, dekabr ayında “WhatsApp”ın ekran paylaşma seçimi aktiv olduqda, “iOS” istifadəçilərinin videozənglər zamanı birlikdə musiqi dinləməsinə icazə veriləcəyi bildirilmişdi.
Telegram kanalımız