WhatsApp qrup söhbətləri üçün yeni funksiya sınaqdan keçirilir.
Yenisabah.az xəbər verir ki, məlumata görə, yenilik qrup üzvlərinin onlayn olub-olmadığını göstərməyi hədəfləyir. “WhatsApp” tətbiqinin beta versiyasında qrup söhbətləri üçün onlayn istifadəçi sayğacı funksiyası aktivləşdirilib.
Bu sayğac qrupun yuxarı hissəsində yerləşəcək və neçə nəfərin aktiv şəkildə “WhatsApp”dan istifadə etdiyini göstərəcək. İstifadəçilər beləliklə, qrupdakı aktivliyi daha asan izləyə biləcəklər. Qeyd edək ki, yalnız tətbiqi açıq və internetə bağlı olan istifadəçilər bu siyahıda görünəcək. pizza hut
Eyni zamanda, məxfilik ayarları vasitəsilə onlayn statusunu gizlədən şəxslər sayğacda əksini tapmayacaq.
Telegram kanalımız