“WhatsApp”da bu işarə varsa mesajları başqası oxuyur 

saytların hazırlanması

Evə çatdırılma

“WhatsApp”da bu işarə varsa mesajları başqası oxuyur 

Rəqəmsal

18 Aprel 2025 11:58 1599


“WhatsApp”ın istifadəçi məxfiliyini gücləndirmək istiqamətində atdığı addım müzakirələrə səbəb olub.

“Yeni Sabah” Metbuat.az-a istinadla xəbər verir ki, “WhatsApp” mesajlaşma təhlükəsizliyini artırmaq üçün “üçüncü mavi işarə” adlı yeni funksiyanı əlçatan etmişdi. Yeni funksiya mesajın üçüncü tərəf tərəfindən oxunduğunu ortaya qoyur. Bu yenilik, xüsusilə mesajlar qrup çatlarında yönləndirildikdə və ya paylaşıldıqda istifadəçiyə əlavə nəzarət təklif edir. Mövcud “WhatsApp” sistemində tək boz işarə mesajın göndərildiyini, ikiqat boz işarə onun qəbul edildiyini, ikiqat mavi işarə isə oxunduğunu bildirir. Yenilik sayəsində mesaj başqası tərəfindən görülərsə, üçüncü mavi işarə görünəcək. Bu yolla mesajın orijinal ünvanından gəlmədiyini anlamaq mümkün olacaq. Sosial mediada ortaya atılan iddialara görə, mesajların yanındakı üç mavi işarə mesajların hüquq-mühafizə qurumları tərəfindən oxunduğunu bildirir. Əgər mavi işarələrdən biri qırmızıya çevrilirsə, bu, mesajın nəzərdən keçirildiyini bildirir. Lakin iddialar təsdiqini tapmayıb.

Üçüncü mavi işarə funksiyasından istifadə etmək üçün “WhatsApp”ın son versiyası quraşdırılmalıdır. Yeniləmədən sonra tətbiqin “Parametrlər” menyusundan “Məxfilik” pəncərəsinə daxil olaraq funksiya aktivləşdirilə bilər. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!