“WhatsApp”da daha bir yenilik

saytların hazırlanması

Evə çatdırılma

“WhatsApp”da daha bir yenilik

Rəqəmsal

10 İyul 2023 00:11 8871


“WhatsApp” sosial şəbəkəsində daha bir yenilik edilib. 

Yenisabah.az xəbər verir ki, tərtibatçılar birbaşa söhbət siyahısında filtrləməni aktivləşdirməyə imkan verən yeni funksiyanı sınaqdan keçirib. "Gizmochina"nın yaydığı məlumata görə, funksiya "Google Play"də beta test proqramı çərçivəsində 2.23.14.17 yeniləməsində mövcuddur.

Tətbiqin yeni versiyasının təsvirinə əsasən, funksiya söhbətlərin filtrlənməsini daha rahat etməyə yönəlib, çünki indi filtr düyməsi birbaşa söhbət siyahısında, hər bir söhbətdə isə ayrıca yerləşəcək. Pepperoni pizza

“WhatsApp” söhbət siyahısında üç filtr təqdim etməyi planlaşdırır. Onlar istifadəçilərə oxunmamış mesajlar, şəxsi söhbətlər və bizneslə bağlı söhbətlər əsasında söhbətlərini təşkil etməyə imkan verəcək./Axsam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!