“WhatsApp”da yeni boşluq aşkar edildi

saytların hazırlanması

Evə çatdırılma

“WhatsApp”da yeni boşluq aşkar edildi

Rəqəmsal

18 Sentyabr 2019 15:43 1047


"WhatsApp" messencerində göndərilmiş şəkilləri silmək istədikdə səhv yaranır.

“Yeni Sabah” "ICTnews"a istinadən xəbər verir ki, istifadəçi messencerdə standart sazlamalar quraşdırdığı halda "Bütün istifadəçilərdə silmək" funksiyası düzgün  işləmir. Bu halda bütün göndərilmiş şəkillər telefonun yaddaşında saxlanılır, yalnız mesajlar silinir.

Bundan başqa, sözügedən boşluq yalnız "iOS" əməliyyat sisteminin idarəetməsi altında işləyən qurğularda keçərlidir. "Android" sistemi ilə işləyən smartfonlarda bu funksiya düzgün işləyir. Toyuqlu pizza

Nəşrin məlumatına görə, şirkətin mütəxəssisləri bu boşluğu aradan qaldırmaqdan imtina edərək bunu belə əsaslandırıblar ki, "Bütün istifadəçilərdə silmək" funksiyasının əsas işi ilk növbədə mətn mesajlarını silməkdir, media fayllara bunun aidiyyəti yoxdur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!