“WhatsApp”da yeni funksiya işə düşdü

saytların hazırlanması

Evə çatdırılma

“WhatsApp”da yeni funksiya işə düşdü

Rəqəmsal

10 İyun 2025 08:35 1004


"WhatsApp" mesenceri avtomatik yüklənən fotoşəkil və videoların keyfiyyətini seçməyə imkan verən funksiyanı təqdim edib.

“Yeni Sabah” xəbər verir ki, yeni tənzimləmə "Media yükləmə keyfiyyəti" bəndi altında "Saxlanılanlar və məlumatlar" menyusunda yerləşir.

İstifadəçilərə iki seçim təklif olunur: media fayllarını sıxılmış formada yükləyən "standart keyfiyyət" və daha yüksək təsvir və video çözümlülüyü təmin edən "HD keyfiyyət". Toyuqlu pizza

Qeyd edək ki, yeni funksiya sınaq mərhələsindədir və hələlik "Android" əməliyyat sistemi ilə işləyən smartfonlarda "WhatsApp" beta-versiyasının istifadəçiləri üçün əlçatandır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!