“WhatsApp”da yeni funksiya olacaq

saytların hazırlanması

Evə çatdırılma

“WhatsApp”da yeni funksiya olacaq

Rəqəmsal

12 Yanvar 2024 07:33 6216


Populyar “WhatsApp” ani mesencerində istifadəçilərə mesajların mətnini formatlaşdırmağa imkan verən yeni funksiya əlçatan olacaq.

Mütəxəssislər bildiriblər ki, mesencerdə yeni formatlaşdırma alətləri - kodlar bloku, sitatlar və siyahılar bloku olacaq. Mesajın müəyyən hissəsini vurğulamaq üçün kodlar blokundan istifadə olunacaq.

Sitat bloku mesajın müəyyən hissəsinə cavab vermək üçün istifadə edilə biləcək. Bunun üçün mətnin qarşısına “>” işarəsi əlavə etməlisiniz. Siyahılar məlumatı təşkil etməyə kömək edir. “Siyahınızı yaratmaq üçün mətninizi “*”, “-” və ya rəqəmlərlə başlayın”, -  deyə ekspertlər bildiriblər. Marqarita pizza

Yeni funksiya “Google Play Store”dan “Android” üçün “WhatsApp”ın ən son beta versiyasını yükləmiş beta testerlər üçün əlçatandır. Gözlənilir ki, seçim yaxın günlərdə adi istifadəçilər üçün də əlçatan olacaq.

Mənbə: WABetaInfo

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!