“WhatsApp”dan daha bir YENİLİK

saytların hazırlanması

Evə çatdırılma

“WhatsApp”dan daha bir YENİLİK

Rəqəmsal

09 May 2023 21:37 8706


Dünyanın ən çox istifadə edilən proqramı olan "WhatsApp" yeni funksiyanı istifadəyə verib.

Proqram istifadəçiləri artıq göndərdikləri mesaj mətnlərini redaktə edə biləcəklər.

Bu funksiyanın istifadə edilməsinin mümkünlüyü 5 il əvvəl elan edilsə də, uzun bir gecikmədən sonra funksiya işə salınıb. Toyuqlu pizza

Brauzerdən istifadə edən istifadəçilər son 15 dəqiqə ərzində göndərdikləri istənilən mesajın üzərinə sağ düyməylə toxunaraq “mesajı redaktə et” düyməsini sıxa bilərlər.

Onların mesajlarını istədikləri qədər redaktə etmək imkanları var. Lakin hazırda funksiya yalnız mətn mesajları üçün işləyir. Yəni şəkil və ya digər media faylları olan mesajları redaktə etmək mümkün deyil. /Cebhe.info


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!