“WhatsApp”ın yeni qaydaları - Nələr dəyişdi?

saytların hazırlanması

Evə çatdırılma

“WhatsApp”ın yeni qaydaları - Nələr dəyişdi?

Rəqəmsal

11 Yanvar 2021 15:45 1942


Son bir gündə "Whatsapp" mesencerinin istifadəçilərə aid məlumatların Facebook-a və onun proqramlarına ötürülməsi böyük müzakirələrə səbəb olub.

“Yeni Sabah” Trend-ə istinadən bildirir ki, "WhatsApp" ötən ilin iyulunda məxfilik şərtləri və siyasəti qaydalarında dəyişiklik olacağını elan etmişdi. Yeni qayda isə o deməkdir ki, əvvəl istifadəçi öz məlumatlarını "Facebok"a ötürməyə bilərdi və ona seçim verilirdi. İndi isə yeni qaydalarda belə seçim artıq olmayacaq. Ya qaydaları qəbul edib mesencerdən istifadə etməlisiz, ya da imtina edərək hesabınızı silməlisiz.

"WhatsApp"ın bu dəyişikliyi isə Azərbaycanda və dünyada birmənalı qarşılanmayıb. Müzakirə mövzusuna çevirilən bu qərardan sonra bəziləri "WhatsApp"ı silməyi və alternativ proqramlardan istifadə etməyi tövsiyə edib. Pepperoni pizza

Türkiyə Prezidentinin ofisinin yaydığı məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gizlilik prinsiplərinin dəyişməsi səbəbindən "WhatsApp" tətbiqindən imtina edib.

Bildirilib ki, "WhatsApp" mesajlaşma proqramını "Turkcell"in şifrəli mesajlaşma tətbiqi olan "BiP" ilə əvəz olunması nəzərdə tutulur.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə bildirib ki, indi "WhatsApp" da "Facebook"a məxsus olduğundan bu datalardan reklam məqsədilə də istifadə olunacaq:

"Adi istifadəçinin yazışmaları heç kimə lazım deyil. Burada hansısa risklər yoxdur. Sadəcə, dövlət və böyük biznes qurumlarının əhəmiyyətli məlumatlarının bu resurslar vasitəsilə açıqlanması risklər yarada bilər. Bu resusların sahibi xarici vətəndaş, resurs da xarici olduğundan bizim üçün həmişə dayanıqlıqla bağlı risklər var.

Hazırda Konqresdə "Facebook", "Google", "Apple" və s. ilə bağlı hesabat hazırlanır. Ola bilər ki, yaxın müddətdə bu resurslar məcburən parçalansın və "WhatsApp"-ın sahibi başqa biri olsun və daha başqa qaydalar olsun. Odur ki, paralel olaraq digər resurslardan ( "Telegram", "Signal" və s) istifadə etmək doğru olardı".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!