"Neowin"in məlumatına görə, çoxsaylı istifadəçi şikayətlərindən sonra "Microsoft Windows" əməliyyat sistemində müxtəlif nasazlıqların mövcudluğunu rəsmi şəkildə təsdiqləyib. Şirkətin saytında bu problemlərin siyahısı və onların müvəqqəti həlli ilə bağlı məlumat yerləşdirilib.
"Yeni Sabah" xəbər verir ki, nasazlıqlar demək olar ki, "Windows"un bütün əsas hissələrinə təsir edir: “Start” menyusu, tapşırıqlar paneli, “Explorer” və sistem parametrləri bölməsi. Problemlər əsasən 24H2 versiyasında qeydə alınsa da, 25H2 versiyasına da təsir etdiyi bildirilib, çünki hər iki versiya eyni infrastrukturdan istifadə edir.
Məlum olub ki, bu səhvlər hələ iyul ayında yayılan KB5062553 yenilənməsindən sonra yaranıb, lakin "Microsoft" onları yalnız noyabr ayında etiraf edib. Müvəqqəti həll yolu olaraq təcrübəli istifadəçilərə “Shell Infrastructure Host” (SIHost.exe) prosesini yenidən başlatmaq tövsiyə olunur. Marqarita pizza
Şirkət bütün problemlərin aradan qaldırılacağını və Windows 11 üçün süni intellekt əsaslı yeni funksiyalar üzərində çalışdıqlarını bildirib. Gələcək yeniləmələrdə İİ agentlərinin istifadəçi tapşırıqlarını fon rejimində yerinə yetirəcəyi gözlənilir.
Telegram kanalımız