Avqustun 14-də “Wizz Air Abu Dabi” aviaşirkəti ilk Abu-Dabi–Bakı reysini yerinə yetirib.
Yenisabah.az xəbər verir ki, “Airbus321-100” markalı təyyarə Bakı vaxtı ilə saat 21:10-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Təyyarə ənənəvi olaraq su arkası ilə qarşılanıb.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinə məxsus “Wizz Air Abu Dabi” aviaşirkəti həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günü Bakıya uçuşlar həyata keçirəcək. Biletləri “wizzair.com” saytından əldə etmək mümkündür. pizza
Telegram kanalımız