WUF13-də iştirak üçün 40 000-dən çox şəxs qeydiyyatdan keçdi

saytların hazırlanması

Evə çatdırılma

WUF13-də iştirak üçün 40 000-dən çox şəxs qeydiyyatdan keçdi

Siyasət

16 May 2026 12:46 489


Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) hazırlıq çərçivəsində mühüm mərhələ qeydə alınıb.Bu günə olan məlumata görə, forumda iştirak üçün artıq 182 ölkədən 40 mindən çox nəfər qeydiyyatdan keçib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə forumun rəsmi məlumatında bildirilib. Qeyd olunub ki, belə geniş beynəlxalq maraq şəhərlərin daha təhlükəsiz, inklüziv və dayanıqlı inkişafı istiqamətində qlobal əməkdaşlığın gücləndiyini göstərir.

Təşkilatçıların sözlərinə görə, yüksək qeydiyyat göstəricisi həm də dünya ölkələrinin şəhər inkişafı, urbanizasiya problemləri və dayanıqlı şəhər mühitinin formalaşdırılması məsələlərinə artan diqqətinin göstəricisidir. pizza

Forum çərçivəsində şəhər planlaşdırılması, dayanıqlı inkişaf, iqlim dəyişiklikləri ilə mübarizə və şəhərlərin gələcək inkişaf modelləri ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!