Xaçmazda çaqqallar kənd sakinlərinə hücum etdi, yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

Xaçmazda çaqqallar kənd sakinlərinə hücum etdi, yaralananlar var

Hadisə

10 Avqust 2025 10:21 368


Xaçmazda bir neçə çaqqal kənd sakinlərinə hücum edib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Xaçmaz rayonunun Əhmədoba kəndində baş verib.

Çaqqallar həyətyanı sahəyə girərək bağda fındıq yığan 3 nəfəri dişləyib. pizza mizza

Belə ki, xəsarət alan kənd sakinləri - 1956-cı il təvəllüdlü V.Məmmədəliyeva, 1971-ci il təvəllüdlü İ.Hacıyev və 1971-ci il təvəllüdlü X.Quliyeva Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Yaralılara ilkin tibbi yardım göstərilib, onlara quduzluq əleyhinə vaksin vurulub.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!