Xaçmazda iki mərtəbəli evdəki yanğın söndürüldü   - YENİLƏNİB

saytların hazırlanması

Evə çatdırılma

Xaçmazda iki mərtəbəli evdəki yanğın söndürüldü - YENİLƏNİB

Hadisə

11 Sentyabr 2019 21:50 1402


Xaçmaz rayonunun Hacıəlibəy kəndində ümumi sahəsi 160 m² olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin ikinci mərtəbəsində aynabəndin və dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb.

Bu barədə "Yeni Sabah"a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. pizza mizza

***21:25

Xaçmazda fərdi yaşayış evi yanır. 

“Yeni Sabah” xəbər verir ki, Xaçmaz rayonu Hacıəlibəy kəndində 2 mərtəbəli fərdi yaşayış evində yanğın baş verib. Yanğının söndürülməsi üçün Xaçmaz Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Yanğının elektrik enerjisinin qəflətən azalıb çoxalmasının səbəbindən baş verdiyi bildirilib. 

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!