Xaçmazda İmamhüseyn sakinləri ayağa qaldırıb – Torpaq davası

saytların hazırlanması

Evə çatdırılma

Xaçmazda İmamhüseyn sakinləri ayağa qaldırıb – Torpaq davası

Xalqın səsi

05 Sentyabr 2020 12:56 1429


Xaçmazın Qaraçay Cek bələdiyyəsi ərazisində yaşayan sakinlər etiraz aksiyası keçirir. 

Yenisabah.az xəbər verir ki, sakinlər Türkiyə - Azərbaycan birgə toxumçuluq müəssisəsinin keçmiş rəhbəri İmamhüseyn Şirinovun bələdiyyə torpaqlarını qanunsuz ələ keçirməsinə etiraz  edir. Hadisə yerində olan araşdırmaçı jurnalist Cəmil Məmmədlinin redaksiyamıza verdiyi məlumata görə, Qaraçay Cek bələdiyyəsində 6 kənd birləşir və bütün kəndlərin sakinlərinin aksiyaya qatılacağı gözlənilir. 

“Artıq yavaş-yavaş digər kəndlərin sakinləri də aksiyaya gəlir”, - deyə o qeyd edib. Toyuqlu pizza

Etiraz edən sakinlərdən Əfqan Abıyev bildirib ki, müəssisənin 720 hektar torpaq sahəsinin olmasına baxmayaraq, 1200-1300 hektar ərazidə əkin işləri aparır. “Bütün bələdiyyənin torpaqlarını qanunsuz olaraq zəbt edib. Deyirəm Mehriban xanım Əliyevaya müraciət edəcəyik. Deyir ki, kimə istəyirsən müraciət elə. Bu məsələ ilə bağlı Xaçmaz rayon Kənd Təsrrüfatı İdarəsində qəbulda olmuşuq. Şəxsən mənə deyilib ki, məsələ kökündən həll olunacaq. Lakin nəticə yoxdur. Yalnız müəssisənin rəhbəri İmamhüseyn Şirinovu çıxarıb yerinə Elşən Şirinovu təyin ediblər. Ən böyük korrupsioner İmamhüseyn Şirinovdur. Çünki 6 kəndi pis vəziyyətdə qoyub”, - deyə şikayətçi bildirib.

Etirazçılar onu da əlavə edib ki, İmamhüseyn Şirinov  qanunsuz əməllər törətməonlardan prokurorluğa şikayət edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!