Xaçmazda intensiv yağışlar nəticəsində evlərə su doldu, 22 nəfər təxliyə edildi

saytların hazırlanması

Evə çatdırılma

Xaçmazda intensiv yağışlar nəticəsində evlərə su doldu, 22 nəfər təxliyə edildi

Hadisə

28 Mart 2026 15:31 445


Xaçmaz rayonu, Cığatay kəndində yağan intensiv yağışlar nəticəsində yaşayış evlərinə su dolub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Mülki müdafiə qoşunları və Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. pizza sifarişi

Görülən tədbirlər nəticəsində köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

Həyata keçirilən tədbirlər nəticəsində 5-i azyaşlı və 1-i əlilliyi olan şəxs olmaqla ümumilikdə 22 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!