Xaçmaz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yenisabah.az xəbər verir ki, hadisə Xaçmaz-Bakı yolunun Qobuqırağı bələdiyyəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ 2107” və “VAZ 21012” markalı minik avtomobilləri toqquşub. Sezar pizza
Nəticədə, 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına gətirilib, hazırda ilkin tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır. /Report
Telegram kanalımız