Xadimə ev sahibinin 12 min manatlıq qızılını oğurladı

saytların hazırlanması

Evə çatdırılma

Xadimə ev sahibinin 12 min manatlıq qızılını oğurladı

Kriminal

11 Mart 2026 23:43 514


Bakıda xadimə ev sahibinin qızıllarını oğurlayıb.

"Yeni Sabah" "Qaynarinfo"ya istinadla xəbər verir ki, Azadə Qulamova (ad və soyad şərtidir) 14 il Zəhra Kərimovanın (ad və soyad şərtidir) evində xadimə işləyib.

Qeyd olunub ki, ev sahibinin ona münasibəti yaxşı olsa da, Azadə Qulamova ev sahibinin 12 000 manat dəyərində qızıl-ziynət əşyalarını oğurlayıb. Dördpendirli pizza

Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra işin üstü açılıb. Azadə Qulamova oğurladığı əşyaları istintaqa təhvil verib.

Nizami Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə mühakimə olunan Azadə Qulamova əməlindən peşman olduğunu deyib.

Məhkəmənin hökmü ilə müttəhimə bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzasi təyin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!