Xalq artisti avtobusda ölüb... - Xanımı danışdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti avtobusda ölüb... - Xanımı danışdı - Video

Mədəniyyət

04 Mart 2020 19:23 647


"Elgizlə izlə" verilişi mərhum Xalq artisti Ağaxan Salmanlının evində çəkiliş edib. "Yeni Sabah" xəbər verir ki, aktyorun xanımı həyat yoldaşının ölümündən danışıb: "Şokdayıq, anlaya bilmirik ki, necə oldu? Kişi uçdu getdi. Yaxşı ata, baba idi. Sevincindən ürəyi partlayıb. 45 il bir yerdə yaşamışıq. Ölümünü qəbul etmək çox çətindir. Yaxşı insan olanda, adama lap təsir edir. Səhhəti ilə bağlı heç bir şikayəti yox idi. 15 gün əvvəl yüngül infarkt olmuşdu. Amma toy günü çimdi, sevinirdi. Öldüyü gün də səhər durdu, dedi-güldü. Qayıtdı ki, səhərə kimi yatmadım. Nəvəsinə yemək bişirdik, mindi avtobusa aparıb verməyə. Yanındakı qadına deyib ki, pisəm və pəncərədə söykənili halda qalıb". https://youtu.be/miRgU-femYs
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!