Rusiyanın xalq artisti Lev Leşenko koronavirusa yoluxub.
Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, ifaçının karantinə alındığı xəstəxananın baş həkimi bu haqda sosial şəbəkədə məlumat yayıb. Baş həkim 78 yaşlı müğənninin hazırda vəziyyətinin stabil olduğunu, reanimasiyadan palataya köçürüləcəyini bildirib.
Qeyd edək ki, Lev Leşenko martın 13-də Rusiya musiqi camiəsinin toplaşdığı məclisdə olub. Aralarında Nikolay Baskov, Vladimir Vinokur, Oleq Qazmanov, İrina Alleqrova, Aleksandr Razenbaum, Valeriy Leontev, Aleksandr Serovun və başqalarının olduğu yubiley mərasimində Lev Leşenko özünü çox pis hiss etdiyini deyirmiş. İddialara görə, ifaçı sənət dostlarına da virusu yoluxdurub. Belə məlum olub ki, o, xaricdən qastroldan qayıtdıqdan sonra karantində qalmaqdan imtina edib. pizza mizza
Telegram kanalımız