Xalq artisti koronavirusdan vəfat edib - TƏBİB-dən   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti koronavirusdan vəfat edib - TƏBİB-dən AÇIQLAMA

Mədəniyyət

11 İyun 2020 18:58 1873


Xalq artisti, Prezident təqaüdçüsü Teymur Ağaxan oğlu Mustafayevin ölüm səbəbi məlum olub.

TƏBİB-dən Yenisabah.az-a verilən məlumata görə, 04.06.2020-ci il tarixində "Yeni Klinika" tibb müəssisəsinə 1939-cu il təvəllüdlü Mustafayev Teymur Ağaxan oğlu TTY ilə evdən ikitərəfli COVID-19 pnevmoniyası, Kəskin tənəffüs çatışmazlığı, Ağciyər-ürək çatışmazlığı, Şəkərli diabet II tip Ağır klinik gedişli, hər iki aşağı ətrafın işemiyası diaqnozu ilə ağır vəziyyətdə gətirilib və reanimasiya şöbəsinə daxil olub. 

Daxil olan kimi xəstəyə müvafiq müayinələr olunub. Tənəffüs çatmazlığı və xəstədə hemodinamiki göstəricilərdə pozğunluqlar dərinləşdiyindən təcili intubasiya olunaraq Süni ventilyasiya aparatına qoşulmuşdur. Həkim İnfeksionistin təyinatı ilə xəstəyə COVID-19-a qarşı antibakterial, antiviral müalicəyə başlanılıb.  Pepperoni pizza

Həkimlərin səyinə baxmayaraq, 11.06.2020-ci il tarixdə 15:30-da bioloji ölüm qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!